IQNA

Ayətullah Bəşir Nəcəfi koronavirus və orucla bağlı fətva verib

22:48 - April 15, 2020
Xəbər sayı: 3487086
Tehran (IQNA) -  İraqın Nəcəf şəhərində yaşayan şiə təqlid mərcəsi Ayətullah Üzma Bəşir Hüseyn Nəcəfi koronavirus pandemiyasının yayıldığı günlərdə oruc tutmaqla bağlı sualları cavablandırıb.

Şiələrin mərcəyi-təqlidinə ünvanlanan sualda deyilir: "Dünyada koronavirus pandemiyasının vüsət aldığını nəzərə alaraq bu günlərdə oruc tutmağın nədir və oruc tutarlarsa, koronavirusa yoluxacaqlarından qorxanların vəzifəsi nədir?

Ayətullah Üzma Bəşir Hüseyn Nəcəfi sualı cavablandıraraq buyurub: "Oructutan əgər tutduğu orucun onun koronavirusa yoluxmasına səbəb olacaqğına yəqini olarsa, iftar etməsi (orucunu pozması) ona vacibdir. Bizə məlum olan tibbi araşdırmalara görə, oruc tutmaqla koronavirus arasında heç bir bağlılıq yoxdur. "Oruc tutun ki, sağlam olasınız" hədisi Həzrət Peyğəmbərdən (s) bütün müsəlmanlar üçün rəvayət edilib. Buna görə də bu mübarək ayda xəstəliklərdən, xüsusi ilə də koronavirusdan qorunamq üçün qənimət hesab edin.  

Allah-Taala hamınıza, xüsusi ilə möminlərə əcr və savab versin.

18 Şəban 1441 hq.

3891833

نجفي

captcha