Qurani-Kərimin 35 dilə tərcüməsini ehtiva edən bu aplikasiya İSO və Android sistemləri üzərinə yüklənərək istifadə edilə bilər.
əl-Xəlic informasiya portalının verdiyi xəbərə görə, Mübarək Ramazan ayının astanasında təqdimatı keçirilən və "Quranuna" (Bizim Quranımız) adlanan bu Quran proqramı üç ilə hazılranıb.
Proqramda ayələrin surətinin çıxarılması (copy), digərləri ilə paylanılması, ayətlərin tilavəti, uşaqlar üçün Quran müəllimi, uşaqlar üçün fotoların rənglənməsi, 24 səsli hekayə, 50 dua, Quranın 250 qarinin səsi ilə tilavəti, və səkkiz təfsir nüsxəsi, qarilərin videoqirəatini izləmək və sair kimi xüsusi imkanlar var.