IQNA

Ramazan ayında Quranı xətm etməyin ən asan yolu

12:53 - April 22, 2020
Xəbər sayı: 3487122
Tehran (IQNA) -  Misrin beynəlxalq dərəcəli məşhur qarisi Əbdülfəttah Taruti mübarək Ramazan ayında Quranı xətm emtək istəyənlərə bunun ən asan yolunu göstərib.

Misrin beynəlxalq dərəcəli məşhur qarisi Əbdülfəttah Taruti cari ilin mübarək Ramazan ayında koronavirus səbəbi ilə məscidlərin tətil edilməsini önə çəkərək deyib: Vəhy kəlamının nazil olduğu ayda dünya müsəlmanları Qurandan ayı düşməsinlər və tam ciddiyyətləri Qurani-Kərimi tilavət etsinlər.

O, müsəlmanlara Qurani-Kərimin bu ayda daha sadə yol ilə xətm etmək üçün yol göstərib: Mübarək Ramazan ayında Quranı xətm etmək üçün əvvəlcə Həmd surəsini tilavət edin. Sonra hər bir vacib namazın sonunda Quranın birinci cüzünün 4-dən birini, sonra dörddən ikisini və sonra da 4-dən üçünü oxuyun. Beləliklə gün ərzində çox asan və yorulmadan bir cüz Quran tilavət edəcəksiz.

O əlavə edib: Əgər hər bir müsəlman hər vacib namazdan sonra təkcə 2 səhifə Quran tilavət etsə, hər gün bir cüz Quran tilavət edə bilər. Bu isə hər ayın sonunda bir Quran xətmi deməkdir.

Taruti vurğulayıb: Quranın 2 səhifəsini oxumaq 6 dəqiqədən çox vaxt almır. Hər kim Allahın rəhmətinin ona daha çox şamil olmasını istəyərsə, hər namazdan sonra 4 səhifə Quran oxumaqlar ay ərzində Quranı iki dəfə xətm etmiş olacaq.     

3893274

 

captcha