Misrin "iqtisadiyyat" (əl-malnews) informasiya portalının verdiyi xəbərə görə, Qahirə universitetinin rəisi Məhəmməd Osman əl-Xəşt bu barədə deyib:
"Tələbələr mübarək Ramazan ayının 20-dək öz tilavətlərinin video faylını universitetin e-mail ünvanına (youth.cu.edu.eg2020@gmail.com) göndərməlidirlər.
Tilavət Quranın qiraət qaydaları ilə səhih icra edilməli, təqlidi olmamalı, məşhur 7 qiraətdən birinin əsasında və 3 dəqiqə müddətində olmalıdır.
Bu yarışlar Misr Quran tilavəti məktəbi ruhunu diriltmək və məşhur Quran qarilərinin yolunu davam etdirə bilən yeni nəsil qarilər yetişdirməkdir.