IQNA

Türkiyənin məşhur İlahiyyatçısı koronavirusdan vəfat etdi

11:59 - May 04, 2020
Xəbər sayı: 3487180
Tehran (IQNA) - Türkiyənin tanınmış xətibi Ömər Döngəloğlu vəfat edib. İlahiyyatçı Ədirnəqapı şəhidlik məzarlığında dəfn olunub. Onun koronovirusdan vəfat etməsi haqqında fikirlər səslənir.

Türkiyənin tanınmış xətibi Ömər Döngəloğlu vəfat edib. İlahiyyatçı Ədirnəqapı şəhidlik məzarlığında dəfn olunub. Onun koronovirusdan vəfat etməsi haqqında fikirlər səslənir.

İslam tarixçisi və dini araşdırmaçı yazar Ömər Döngəloğlu Peyğəmbər (ə) Əhli-beytinə xüsusi məhəbbəti olan biri idi. Dəfələrlə efirdə əhli-sünnə məzhəbini Kərbəla şəhidlərinə yas saxlamağa dəvət etmiş, İmam Hüseyn (ə) və övladları üçün göz yaşı tökmüşdü.
Xatırladaq ki, son bir ay ərzində Türkiyədə koronovirus səbəbilə ikinci Əhlibeytsevər sünni alimidir ki dünyasını dəyişir. Bundan öncə aprel ayının ortasında  tanınmış Türk ilahiyyatçısı və Əhli-Beyt sevdalısı professor  Haydar Baş vəfat etmişdir.
Türkiyə prezidenti İlahiyyatçının vəfatı münasibəti ilə ailəsinə başsağlığı verib. 
captcha