Şeyxul-İslamın dəftəxanasının yaydığı bəyaniyyədə vurğulanıb ki, Cümə namazları fiziki fasiləni, sanitariya qaydlarını və koronavirusdan qorunmaq üçün lazım olan ehtiyat tədbirlərinə riayət etməklə qılınsın.
Məscidlərin idarə heyətlərinin məsulları ibadət ocaqlarının girişində dezinfeksiya üçün lazım olan şəraiti yaratmalıdırlar.
Namazqılan məscidin tualet və dəstəmaznaxasından kütləvi şəkildə istifadə edə bilməzlər.
Namazqılarkən namazqılanlar arasında ən azı bir metrlik fiziki fasiləyə riayət edilməlidir. Namazqılanlar bir-biri ilə əl görüşə bilməz və bir-biriləri ilə qucaqlaşa bilməzlər.
Məscidlər Cümə namazından öncə və sonra dezinfeksiya ediləcək. Öskürəyi və boğaz ağırısı olan namazqılanlar məscidə buraxılmayacaq.
Mübarək Ramazan ayının bütün məzhəbi ayinləri koronavirus səbəbi ilə Taylandda qadağan edilib.