Yəmnin silahlı qüvvələrinin sözçüsü General Yəyha Səri bu barədə xəbər verərək deyib: Bu gün (Şənbə, 9 May 2020) Səudiyyə koalisiyasının qırıcı təyyarələri ölkənin şimalında yerləşən əl-Couf regionuna hücum edib. Silahlı qüvvələrimizin hava hücumundan müdafiə sistemi onlara "Fatir-1" raketləri ilə cavab verib.
Səudiyyə Ərəbistanın təcavüzkar koalisiyasının bombardman qırıcıları ƏNSARULLAH hərəkatının hava hücumundan müdafiə sistemi tərəfindən atılan bir neçə "Fatir-1" raketi ilə rastlaşdıqdan sonra Yəmənin hava məkanını tərk edib.