IQNA

Quran mövzusunda xüsusi bülletin 4 dildə çap edildi

15:34 - May 20, 2020
Xəbər sayı: 3487263
Tehran (IQNA) -  İslam İnqilabının ikinci addımı və Qurani-Kərimə qayıdış və diqqət renesansı mövzusunda dörd dildə yazılmış 4 xüsusi bülletin çap və nəşr edilib.

Xüsusi buraxılış olan bu bülletinlərdə İran İslam İnqilabının ikinci addımı və Qurani-Kərimə qayıdış və diqqət mövzularında yazılmış məqalələr yer alıb.

Bu bülletinlər İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət müavinliyi tərəfindən Azəri, Ərəbi, Urdu və İngilis dillərində çap və nəşr edilib.

Bülletinlərin xüsusi buraxılışının bu gün (20 May 2020) keçirilən təqdimat mərasimində İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət müavini, müşaviri, nazirliyin mədəniyyət işləri üzdə icraçı direktoru, əl-Hüda nəşriyyatının məsulları və İslami Mədəniyyət və Əlaqələr Təşkilatının məsulları iştirak ediblər.

Mərasimdə çıxış edən İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət müavinliyinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib ki, bu iş sonrakı illərdə də davam edəcəkdir.  

3900388

 

captcha