IQNA

İƏT sionist rejimi əleyhinə fövqəladə iclas keçirəcək

10:23 - June 08, 2020
Xəbər sayı: 3487353
Tehran (IQNA) -  İslami Əməkdaşlıq Təşkilatının ümumi əlaqələr şöbəsinin verdiyi xəbərə görə, İƏT cari həftənin Çərşənbə günü (10 İyun 2020) sionist rejimi əleyhinə fövqəldadə iclas keçiriəcək.

Fövqəladə keçiriləcək iclasda İordaniya çayının qərb sahillərinin bir hissəsinin sionist İsrail rejimi tərəfindən Fələstinin 1967-ci ildə işğal edilmiş ərazilərinə birləşdirilməsi müzakirə ediləcək.

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi onlayn keçiriləcək bu "iclas"da İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcək.

Qeyd edək ki, sionist İsrail rejimi gələn aylar ərzində İordaniya çayının qərb sahillərinin digər bir hissəsini də 1967-ci ildə işğal etdiyi Fələstin ərazilərinə birləşdirmək istəyir.   

3903600

captcha