IQNA

Ermənistanın İrandakı səfirliyi önündə aksiya keçirilib

16:56 - June 09, 2020
Xəbər sayı: 3487370
Tehran (IQNA) - İranlı tələbələr Ermənistanın Tehrandakı səfirliyi önünə toplaşaraq, etiraz aksiyası keçiriblər.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) "Mehr" informasiya portalına istinadla xəbər verir ki, İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Ermənistanın səfirliyi qarşısında toplaşan tələbələr İrəvan rəhbərliyinin işğalçı İsrail ilə münasibətləri normallaşdırmaq qərarına etiraz ediblər.

İranlı tələbələr bu gün Ermənistan rəhbərliyinin işğalçı İsrail rejimi ilə münasibətlərini normallaşdırmaq qərarını pisləyərək bu qərara yenidən baxılmasını istəyiblər.

"İsrailə ölüm", "Amerikaya ölüm" şüarları səsləndirən İranlı tələbələr sionist rejimin bayrağını yandırdılar.

Tələbələr, keçirilən etiraz aksiyasından sonra Ermənistan hökumətinin İsraildə səfirlik açma qərarını pisləyən bəyanat yayıblar.

captcha