Bu barədə "amrkhaled" informasiya portalı məlumat yayıb. Məlumatda deyilir ki, Ustad Mədkur 1932-ci ilin Avqust ayının 28-da Misrin Cizə əyalətinin Əbu Məmrəs qəsəbəsində anadan olub. Onun atası Quran hafizi və Misrin Şəriət Qaydaları Birliyinin üzvü idi.
Övladı olmayan ata çoxlu dua edir və Allahla əhd bağlayır və nəzr edir ki, əgər övladı olarsa, onu Qurana xidmətçi edəcək. Bu duadan sonra Allah-Taala ona Əbdülfəttahı hədiyyə edir.
Anadan olanda "Şəriət Qanunları Birliyi"nin nümayədnəsi Şeyx Qütb Süleymanın onun qulağına Azan oxuyur.
Dörd yaşında atası tərəfindən mədrəsəyə göndərilən Məkdur da yaşadığı kəndin Quran məktəbxanasında qiraəti öyrəndi və Quranı hifz etdi. Əmisi Şeyx Həsənə şagirdlik edən Əbdülfəttah 11 yaşında ikən Quranı əzbərləməyə müvəffəq oldu.
Şeyx Əbdülfəttah Mədkur Məhəmməd Biyumi İslam dünyasının məşhur Quran qiarəti və Qiraət Elmləri ustadlarından biri idi. 3905202