IQNA

əl-Əzhər Avstriyada Quranın təhqir edilməsini qınadı

10:33 - June 20, 2020
Xəbər sayı: 3487435
Tehran (IQNA) -  Avstriyanın sağçı və radikal "azadlıq" partiyasının rəhbəri Norbert Hofer müsəlmanların müqəddəs kitabını təhqir edərək deyib: "Quran koronavirusdan daha təhlükəlidir".

"Koronavirusdan qorxmuram. Bu virus təhlükəli deyil. Quran koronavirusdan daha təhlükəlidir" - O, bu sözləri cari həftənin Çərşənbə Axşamı günü, 16 İyun 2020-ci il, Vyana şəhərində tərəfdarları ilə görüşündə deyib.    

Misrin əl-Əzhər İslam Mərkəzinin beynəlxalq məsələlər üzrə müşahidəçisi bəyanat yayaraq Avstriyada İslama qarşı radikallıq və nifrət zəminində Quranın təhqir edilməsini məhkum edib.

Bəyanatda deyilir: İslam dinini təhqir etmək və müsəlmanlar əleyhinə irqçi və təhrikedici davranış  Avstriyanın sağçı və radikal "azadlıq" partiyasının iclaslarında, televiziya müsahibələrində və mətbuatda tez-tez təkrarlanır. Bu təkrar təhqirlər İslam dini ilə aşkara düşmənçilik və insanları müsəlmanlar əleyhinə təhrik etməkdir. Bu isə cəmiyyətdə parçalanma yaradır və səbəb olur ki, radikal qruplar və terrorçular müsəlmanlar əleyhinə cinayətlər törətsinlər.

Qeyd edək ki, Avstriyanın sağçı və radikal "azadlıq" partiyasının bu davranışı digər partiylar və həmçinin müsəlman cəmiyyətləri tərəfindən məhkum edilib. 3905593

captcha