IQNA

Gürcüstanda Ramazan bayramından sonra cümə namazları qılınır

11:05 - June 25, 2020
Xəbər sayı: 3487476
Şeyx Hacı Ramin İgidiovun sözlərinə görə, koronavirusun yayılmasından sonra rəsmi qurumlar deyil, məhz ruhanilərin iştirakı ilə keçirilən iclasda məscidlərin bağlanılması qəarara alınmışdı.

Bu barədə İslamazeri.com-a Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov bildirib. 

Onun sözlərinə görə, koronavirusun yayılmasından sonra rəsmi qurumlar deyil, məhz ruhanilərin iştirakı ilə keçirilən iclasda məscidlərin bağlanılması qəarara alınmışdı.

"Bildiyiniz kimi koronavirus pandemiyası dövründə, biz ruhanilər iclas keçirdik. Pandemiyanın təhlükələrindən danışdıq. Bundan sonra çarəsizlikdən bu ilki Ramazan ayında tək və fərdi ibadətlərə üstünlük verib, toplu ibadətlərdən -  cammat namazlarından və cəm iftar məclislərindən uzaq durmağı tövsiyə etdik.", -deyə Ramin İgidov bildirib.

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov  daha sonra deyib: "Koronavirusun yayılması azaldıqdan sonra Ramazan bayramından sonra biz Səhiyyə Nazirliyi ilə məsləhətləşdik. Ümumi məsləhətləşmədən sonra belə qərara gəldik ki, məscidlərin fəaliyyəti, xüsusilə cümə namazlarının qılınması 4 şərtlə icra oluna bilər. Şərtlərin birincisi dəstəmazı evdə alıb məscidə gəlmək, ikincisi maska ilə məscidə daxil olmaq, üçüncüsü cənamazları evdən özümüzə aid olanları gətirmək və dördüncüsü şəri qaydalara uyğun olan məsafə məsələsinə əməl etmək idi."

Hacı Ramin İgidov bildirir ki, Gürcüstan məscidlərində hazırda cümə namazları qılınır və koronavirusa qarşı tədbirlərə də əməl olunmaqdadır.

Qeyd edək ki, Ramazan bayramından sonra Gürcüstanda yoluxmalar azaldığından sonra ölkə üzrə təcridetmə və sərt tədbirlər ləğv edilib. Onu da qeyd edək ki, son günlər yoluxma 4 nəfərdən artığı keçmir, hətta bəzən yoluxma sayı ümumiyyətlə qeydə alınmır.

captcha