IQNA

Rusiyada ildırım daha bir kilsəni yandırdı – VİDEO

9:38 - July 11, 2020
Xəbər sayı: 3487595
Qeyd edilir ki, hadisə yerli vaxtla 17:00 radələrində baş verib. Hadisə anında kilsədə heç kəs olmayıb. 19:00 radələrində yanğın söndürülüb. Xəsarət alan olmayıb.

İQNA-nın "şəfəqna"ya istinadla verdiyi xəbərə görə, ildırım çaxması nəticəsində Rusiyanın Voloqda vilayətinin Kiçmenqski Qorodok kəndində yerləşən kilsənin damı yanıb.

Qeyd edilir ki, hadisə yerli vaxtla 17:00 radələrində baş verib. Hadisə anında kilsədə heç kəs olmayıb. 19:00 radələrində yanğın söndürülüb. Xəsarət alan olmayıb.

Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.

Bu, artıq iyul ərzində baş verən 2-ci oxşar hadisədir. 4 iyulda da Tomsk vilayətində ildırım çaxması nəticəsində XIX əsrə aid taxtadan olan kilsə yanıb. Yanğın söndürənlərin cəhdlərinə baxmayaraq, kilsə tamamilə yanıb.

kod

 

Teqlər: rusiya ، kilsə ، ildırım
captcha