İraqın müştərək əməliyyat qərargahının komandiri Əbdüləmir Kamil Şəmrinin bu gün, Şənbə, 11 İyul 2020-ci il, verdiyi bəyanata görə, Sayca dördüncü mərhələ olan bu təmizləmə əməliyyatı "Əbtalul-İraq" (İraq qəhrəmanları) adlanır.
Sərhədin terrorçulardan təmizləmə əməliyyatı sərhəd bölgələrində sabitliyin təmin edilməsi hədəfi ilə İraqın baş naziri və silahlı qüvvələrin ali baş komandanı Mustafa əl-Kaziminin birbaşa fərmanı ilə bu gün başlayıb.
İraqın müştərək əməliyyat qərargahının komandiri Əbdüləmir Kamil Şəmri bildirib ki, təmizləmə əməliyyatı 17685 kilometlik bir məsafədə keçirilir.
Əməliyyatda İraqın quru qoşunlarının silahlı qüvvələri, Diyalə əməliyyat qərərgahı, Səlahuddin əməliyyat qərargahı, Samerra əməliyyat qərargahı, federal polis qüvvələri, sürətli reaksiya qüvvələri, Həşduş-Şəəbi qüvvələri, terrorizmlə mübarizə qüvvələri, silahlı qoşunların havadan müdafiə qüvvələri və beynəlxalq koalisiya qüvvələri iştirak edir. /3909803