Şəhid olmuş İranın Qüds Korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymaninin sağlığında özü haqqında bir film çəkməyi qadağan etməsi ilə bağlı bir məktub yayılıb.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, şəhid hacı Qasım Süleymani məktubunda yazır ki, sağ ikən onun haqqında bir film çəkilməsini istəmir.
Məktubun mətni aşağıdakı kimidir:
“Əziz qardaşım, cənab Əsvədi, Allah hamımızın aqibətini xeyirli eləsin, inşəAllah. Xeyirxahlığınız üçün təşəkkür edirəm. Yaşadığım müddətdə özüm haqqında heç bir şeyin yazılmasını və təsvir edilməsini istəmirəm. Biz insanıq və hamımız müxtəlif və təhlükəli hisslərə qapıla bilirik. Mənim şəhid olmağım üçün dua et, sonra istədiyinizi yazın. Bir insan Allaha güvənirsə və Ona və qələbəsinə güvənirsə, düşmənlərin düşündüyündən daha çox düşmən qarşısında böyüyəcək. Mən heç vaxt düşmənlərin təsvir etdiyi kimi özümü görmürəm və vilayət əsgəri olmağa layiq görüldüyüm üçün Allaha şükür edirəm”.
Deyerler.org