IQNA

Avropanın ən böyük məscidi – Çeçenistanda parlayan cəvahir

22:20 - July 25, 2020
Xəbər sayı: 3487729
Tehran (IQNA) -  Avropanın ən böyük məscidi özünə məxsus gözəl memarlıq üslubu ilə Çeçenistan respublikasın paytaxtının yaxınlığında göz oxşayan bir cəvahir tək parıldayır.

Çeçenistanın Şali şəhərində yerləşən bu məscid əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) şərəfinə "Fəxrul-Müslimin" adlanır.

Avropanın ən böyük məscidinin sahəsi 9 min 700 kvadrat kilometrdir. Məscidin daxilində 30 min nəfər və həyətyanı sahəsində isə 70 min nəfər namazqılan üçün yer var.

Məscid 2019-cu ildə Səudiyyə Ərəbistan, BƏƏ və Küveytin rəsmilərinin iştirakı ilə istifadəyə verilib.

İslam Dünyası Birliyinin baş katibi Məhəmməd ibn Əbdülkərim əl-İsa bu məscidin ilk Cümə namazını qılıb.

Rusiya federasiyasının prezidenti Vladimir Putin məscidin açılışını Çeçenistan tarixində çox əhəmiyyətli bir hadisə hesab edib.

Məscid özünün mərməri görünüşü ilə müasir İslami memarlığın şah əsərlərindən biridir. Qarşıdakı linkdən "Fəxrul-Müslimin" adlanan bu məscid barədə videonu izləyə bilərsiniz. 

kod

/3912470

captcha