IQNA

Yaponiada müsəlmanların İslami məzarlıq çatışmamazlığı var

12:12 - August 02, 2020
Xəbər sayı: 3487794
Tehran (IQNA) -  Yaponiyada yerli və xarici müsəlmanların sayının çoxalması bu ölkədə yaşayan müsəlmanlar üçün İslam şəriətinə uyğun məzarlıq tapmaq, ölülərini kəfən və dəfn etmək problemi yaradıb.  

Yaponiyada müsəlmanların çoxalması İslam şəriətinə uyğun məzarlığın az olmaması problemi yaratmaqdadır. Müsəlmanlar öz ölənlərini İslam şəriətinə uyğun kəfən və dəfn etməkdə çətinlik çəkirlər.

Bu ölkədə yaşayan 200 min müsəlman üçün İslam şəriətinə uyğun təkcə 7 qəbiristan mövcuddur.

Yaponiyanın Səhiyyə, iş və rifah nazirliklərinin bu barədə açıqlamasına əsasən, mərkəzi dövlət insanların dəfn edilməsi mövzusunda xüsusi bir qərar verməyib. Bələdiyyələri qəbiristanlıq məsələsində, qəbiristanlığın yaşayış yerlərini yaxın olması və ya çay kənarlarında yerləşdirilməsi mövzusunda azad buraxıblar.

Qeyd edək ki, 2018-ci ildən indiyədək Yaponiyada ölənlərin 99 faizindən çoxunun cəsədi yandırılır.  

Yaponiyanın İslami Birliyinin (Japan Islamic Trust) bu barədə verdiyi açıqlamada bildirilir ki, ölkənin Şimal-şərq və Qərb rayonlarında müsəlman meyitlərnin İslami qaydada dəfn edilməsi üçün şərait və imkan yoxdur. Cəsədlər çox vaxt uzaq qəbiristanlıqlarda dəfn edilir. Bu zaman yolda cəsədlərə həm zərər dəyir və həm də daşınması üçün çoxlu vəsait lazım olur.

Xatırladaq ki, Yaponiyada xarici müsəlman iş adamlarından əlavə 10 min yerli müsəlman yaşayır. /3913937

captcha