IQNA

 Hollandiyadan Məkkəyə uzanan yol və xatirələr

10:08 - August 04, 2020
Xəbər sayı: 3487807
Tehran (IQNA) -  Hollandiyalı istemarçılar və müstəmləkəçilərin dünyanın bir çox uzaq yerlərinə gedib çıxması Orta Şərq də Hollandiyalı İslamşünas və Şərqşünasların araşdırma mövzusuna əlavə olundu.

Hollandiyalı istemarçılar və müstəmləkəçilərin dünyanın bir çox uzaq yerlərinə gedib çıxması Orta Şərq də Hollandiyalı İslamşünas və Şərqşünasların araşdırma mövzusuna əlavə olundu.

İslam dünyası ilə maraqlanan şərqşünaslardan biri də Hollandiyalı Kristiyan Esnok Hurqronje (Christiaan Snouck Hurgronje) oldu.

Hollandiyalı bu alim (1857-1936) Şərq dilləri və mədəniyyəti üzrə araşdırmaçı və Şərqi Hindistanda (indiki İndoneziya) müstəmləkəçi Holland dövlətinin yerli əhalinin işi üzrə müşaviri idi.

Kristiyan Esnok Hurqronje ki, Ərəb dili, Ərəbistan və Məkkə ilə kamil tanışlığı var idi, 1885-ci ildə Həcc səfərinə getdi.

O, həmin dövrdə Məkkə şəhərində ziyarətdə olan və Həcc mərasimləri ilə yaxından tanış olan nadir qərblilərdən biridir. Avropalı olmasına baxmayaraq Həcc zamanı müsəlmanların mədəniyyət və məzhəblərinə valeh olması və bu barədə müsbət və xoş xatirələr danışması bəzilərini onun müsəlman olması qənaətinə gətirib.

Lakin onun 1886-cı ilin Fevral ayının 18-də Almaniyalı dilçi dostu Karl Bezolda (Carl Bezold) yazdığı məktub bunun əksini deyir. O bu məktubda dostuna etiraf edib ki, özünü zahirdə müsəlman kimi göstərir. Həmin məktub hazırda Heydelberq universitetinin kitabxana arxivində saxlanılır.

O, bu səfərə getməmişdən öncə 1880-cı ildə Həcc mərasimi barədə "Məkkə Festivalları" (The Festivities of Mecca) adlı müdafiə işi yazmışdı.  

Kristiyan Esnok Hurqronje daha çox Həcc mərasimində çəkdiyi xatirə şəkillərinə görə məşhurdur. Onun çəkdiyi fotolar Avropada müsəlmanların böyük toplantısından hazırlanmış ilk sənədli faktlar hesab edilir.  /3914196

سه‌شنبه//وقتی بزرگترین تجمع مسلمانان غربیان را به شرق می‌کشاند

captcha