Məhərrəmliyin daxil olması münasibətilə dünyanın hər yerində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə matəm məclisləri təşkil olunur.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Avstraliyanın paytaxtı Kanberra şəhərindəki Əhli-Beyt (ə) sevdalıları məhərrəm ayının ilk gecəsi İmam Həsən (ə) Mərkəzində keçirilən matəm mərasiminə qatılıblar.
Aşura faciəsini hüznlə yad etmək üçün keçirilən tədbirdə xütbə oxunub, rözə və mərsiyələr deyilib və İmam Hüseynlə (ə) yavərləri üçün göz yaşı axıdılıb.