Hicri 1442-ci il məhərrəm ayının daxil olması münasibətilə dünyanın hər yerində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə matəm məclisləri təşkil olunur.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio şəhərindəki Əhli-Beyt (ə) sevdalıları Aşura faciəsini hüznlə yad etmək üçün şəhərin Babul-Ələm hüseyniyyəsində keçirilən matəm məclislərinə fəal şəkildə qatılırlar.
Məclis sağlamlıq protokollarına uyğun şəkildə təşkil olunur.