IQNA

Fransanın “Charlie Hebdo” satirik jurnalı müsəlmanlar əleyhinə cinayətini təkrarladı

11:26 - September 02, 2020
Xəbər sayı: 3488033
Tehran (IQNA) - Fransanın “Charlie Hebdo” satirik jurnalı 2015-ci ildəki cinayətini təkrarlayaraq Həzrət Məhəmməd peyğəmbərin (s) karikaturasını bu gün (2 Sentyabr 2020) yenidən çap edib.

Fransanın “Charlie Hebdo” satirik jurnalı 2015-ci ildəki cinayətini təkrarlayaraq Həzrət Məhəmməd peyğəmbərin (s) karikaturasını bu gün (2 Sentyabr 2020) yenidən çap edib.

Jurnal bildirib ki, 2015-ci ildə jurnalın 12 nəfər əməkdaşının öldürülməsi işi ilə bağlı məhkəmə prosesinin başlaması ilə əlaqədar olaraq sözügedən karikatura yenidən dərc olunub.

Karikaturaçı Loren Surisso bildirib ki, heç vaxt başqasının istəyinə boyun əyməyəcək və təslim olmayacaqlar.

Fransa hakimiyyəti müsəlmanların müqəddəs hislərini yaralayan bu cinayəti və həyasızlığı beynəlxalq ictimaiyyətə "söz azadlığı" kimi təqdim etməyə çalışır.

Şarli Hebdo jurnalının bu cinayətkar addımı müxtəlif ölkələrdə çox sayda iğtişaşların və qanlı hadisələrin baş verməsinə səbəb olub.

2015-ci ildə İŞİD terror təşkilatına mənsub bir qrup jurnalın nəşriyyat ofisinə hücum edərək bir neçə nəfərin ölümünə səbəb olmuşdular. /3920484

 

captcha