IQNA

Türkiyədə Misir piramidalarından da “qoca” tapıntılar aşkar edildi

10:36 - September 04, 2020
Xəbər sayı: 3488042
Arxeoloqlar Türkiyənin qərb hissəsində aparılan qazıntılar zamanı yaşı Misir ehramlarının yaşından 2 dəfə çox olan tikiş ləvazimatları aşkar ediblər.

“Hurriyet Daily News”-un verdiyi xəbərə görə, arxeoloqlar Türkiyənin qərb hissəsində aparılan qazıntılar zamanı yaşı Misir ehramlarının yaşından 2 dəfə çox olan tikiş ləvazimatları aşkar ediblər.

Qeyri-adi tapıntı Denizli əyalətindəki Ekşi-Hüyük arxeoloji sahəsində tapılıb.

Orada yaşları təxminən 8600 il olan sümükdən iynələr və əyirici yumru daşlar aşkar edilib. Qeyd edək ki, daşlar bu regionda tapılmış sap hazırlanmasında istifadə edilən ən qədim əşyalardan biridir.

Qazıntı rəhbəri Fuliye Dedeoğlunun sözlərinə görə, tapıntıların bəzilərinin dünyada analoqu yoxdur və növündə ilkdir. O, tapıntıların olduqca yaxşı vəziyyətdə qaldığı qeyd edib. /shafaqna/

captcha