IQNA

TƏQRİB "Şarli Ebdo"-nun rəftarını kəskin qınadı

10:01 - September 08, 2020
Xəbər sayı: 3488066
İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Təşkilatı bir bəyanat yayaraq, Fransanın Şarli Ebdo jurnalının əziz İslam peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyi və İsveçdə Quran-Kərimin yandırılmasını qınayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Səhər Azəri-yə istinadla bildirir ki,  İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Təşkilatı (TƏQRİB) bu gün bir bəyanat yayaraq, cəhalət və nifrətamiz düşüncədən qaynaqlanan rəftarı kəskin formada qınayıb və bildirib: Fransanın Şarli Ebdo nəşrinin təhqiramiz və ardıcıl hörmətsizlikləri habelə, İsveçdə bir cild Quran-Kərimin yandırılması modern cahillik, təfəkkür və əxlaqi tənəzzülün bariz nümunələridir.

Bəyanatın davamında deyilir: "Necə ki, müsəlmanlar İraq və Suriyada İŞİD kimi aldadılmış və ekstremist ünsürlər qarşısında xristiyanları və yezidiləri müdafiə etdilər, həmçinin Livanda Hizbullah xristiyan həmvətənlərini müdafiə etdi, indi də tövhidi dinlərin ardıcılları virtual məkan vasitəsilə bu çirkin hərəkətə münasib və ona edənlərə uyğun reaksiya verməlidirlər".

İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Təşkilatının bəyanatında hüquqi və qanuni təşkilatların beynəlxalq qanunlar çərçivəsində bu təhqiramiz hərəkət qarşısında dayanmalı olduğunu vurğulanıb.

Teqlər: təqrib ، şarli ebdo ، iran ، İslam
captcha