Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır.
Maide.Az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqində deyib.
O, deyib ki, İran hökuməti indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğulayıb.
Ə.Rəbii əlavə edib ki, biz diqqətlə və narahatlıqla Azərbaycanın işğal olunmuş ərazisində son münaqişəni izləyirik.
iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolla həl etmək mümkindir. "İran, Türkiyə və Rusiya BMT TŞ-nin qətnamələrinin icrası sahəsində və ixtilafların həlində iki ölkəyə yardım edə bilərlər.