IQNA

Gürcüstanda qısa "İslam Ensiklopediyası" nəşr olunub

18:20 - October 01, 2020
Xəbər sayı: 3488243
Tehran (IQNA) - Gürcüstanda “Ensiklopedik İslami bilgilər” adlı yeni qısa İslam Ensiklopediyası nəşr olunub. Bu barədə mətbuatda Gürcüstan Müsəlmanları İdarəsindən məlumat yayılıb.

Yeni işıq üzü görən “Ensiklopedik İslami bilgilər” adlı Kitabda Qurani-Kərimdə və islami ədəbiyyatlarda işlənən 500-dən çox terminin izahı və onlar haqqında bilgilər yer alıb.

Əlifba sırası ilə verilmiş sözlərin izahında yalnız ensiklopedik məlumatlarla kifayətlənilməyib. Bir çox fiqhi, əqidəvi, əxlaqi terminlər haqqında hər bir müsəlmanın bilməli olduğu informasiyalar da yer alıb. Bundan əlavə, qısa şəkildə peyğəmbər və imamların həyatı, xüsusi adlarla yadda qalan tarixi məqamlar haqda bilgilər də kitabda əks olunmuşdur.

Bir sözlə, “Ensiklopedik İslami bilgilər” kitabı iki ehtiyacdan ərsəyə gəlib:
1) Dini kitablarda işlənən terminlərin mənasını bilmək;
2) Hər bir müsəlmanın bilməsi vacib olan ümumi məlumatları öyrənmək.

Ümid edirik, hələlik 1000 tirajla iri həcmdə (A4 ölçüdə) və rəngli çap olunan bu kitab müsəlmanlar üçün mühüm islami mənbələrdən biri olmaqla yanaşı, oxucuların rəğbətini qazanacaq, onların stolüstü kitabına çevriləcək.

captcha