IQNA

Fransada iki müsəlman qadına bıçaqla hücum edildi

22:35 - October 21, 2020
Xəbər sayı: 3488418
Tehran (IQNA) - Fransanın Paris şəhərində Eyfel Qülləsi yaxınlığında naməlum şəxslər bıçaqla hücum edərək iki müsəlman qadını yaralayıblar.

Fransanın Paris şəhərində Eyfel Qülləsi yaxınlığında naməlum şəxslər bıçaqla hücum edərək iki müsəlman qadını yaralayıblar.

Hücum məruz qalan xanımlardan birinin 49 yaşı və digəri ondan cavan olub. Onlar ikisi də əslən Əlcəzayirlidirlər. 

Hücum edənlər ağdərili radikal və irqçi qadınlar olublar. Onlar "zibil ərəblər" deyərək müsəlman qadınlara hücum ediblər.

Bildirilir ki, ərəb mənşəli iki bacı gəzdikləri zaman aqressiv itlər onlara hücum çəkiblər. Bu zaman bacılar uşaqları çox qorxduqları üçün itlərin sahibinə deyiblər ki, onları geri çəksinlər.

Buna cavab olaraq itlərin sahibləri qadınları təhqir etməyə başlayıblar, sonra bıçaq çıxarıb müsəlman qadınlara hücum ediblər.

Yaralılar xəstəxanaya yerləşdirilib, cinayətkarlar polis tərəfindən saxlanılıblar. Onlar insan öldürməyə cəhddə günahlandırılırlar.

Fransada vəziyyətin Makronun islamofob çıxışından və bir məktəb müəlliminin Həzrət Məhəmməd peyğəmbərin (ə) karikaturasına görə öldürülməsindən sonra kəskinləşdiyi qeyd olunur. /3930496

captcha