IQNA

Karantindən istifadə edib Quranı əzbərlədi

7:11 - October 27, 2020
Xəbər sayı: 3488461
Tehran (IQNA)  - Fələstinin işğal edilmiş ərazilərində yaşayan 15 yaşlı qız Təqva Zahir koronavirusa görə tətbiq edilmiş altı aylıq sərt karantin dövrünü dəyərləndirib Qurani-Kərimi əzbərlədi.

Fələstinin işğal edilmiş ərazilərində yaşayan 15 yaşlı qız Təqva Zahir koronavirusa görə tətbiq edilmiş altı aylıq sərt karantin dövrünü dəyərləndirib Qurani-Kərimi əzbərlədi.

Altı ay ərzində Qurani-Kərimi əzbərləyən 15 yaşlı qız Təqva Zahir sionist yəhudilərin işğalında olan Qüds şəhərinin qərb sahilində yerləşən Nablus şəhərində yaşayır.

Fələstin qızın Quran əzbərləməsindəki rekord uğuru sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla və alqışla qarşılanıb. Fələstinin bir çox xəbər saytları bu məsələni işıqlandırıb, Təqva Zahir və ailəsinə təbriklər ünvanlayıblar.

Qeyd edək ki, işğal edilmiş Fələstin torpaqlarında minlərlə Quran hafizi var. Onların çoxu Quranı uşaqlıqlarında əzbərləyirlər. Bunun üçün məscidlərdə və xeyriyyə mərkəzlərində Quran hifzi kursları da açılıb. Hazırda isə koronavirus səbəbi ilə əyani dərslər tətil edildiyi üçün dini və Qurani proqramların çoxu virtual və onlayn təşkil edilir.

Fələstinli uşaqlar və yeniyetmələr Quranı hifz etməkdə dünya üzrə məşhur və birincidirlər. Onlar adi vəziyyətdə Quranı 2 il və ya daha çox müddətdə əzbərləyirdilərsə, bu il koronavirusa görə tətbiq edilmiş sərt karantindən və evdən çıxmamaq rejimindən istifadə edərək Quranı daha az zamanda əzbərləyə biliblər. /3930569

 

captcha