IQNA

"Həzrət Muhəmməd (s) insanlığın elçisi" adlı veb-seminar keçiriləcək

15:50 - October 27, 2020
Xəbər sayı: 3488466
Peyğəmbərimiz Həzrət Muhəmməd (s) və onun nəvəsi Həzrət İmam Sadiqin (ə) mövludu və "Vəhdət" həftəsinin başlanması münasibətilə "Həzrət Muhəmməd (s) İnsanlığın elçisi" adlı veb-seminar keçiriləcək.

Peyğəmbərimiz Həzrət Muhəmməd (s) və onun nəvəsi Həzrət İmam Sadiqin (ə) mövludu və "Vəhdət" həftəsinin başlanması münasibətilə "Həzrət Muhəmməd (s) İnsanlığın elçisi" adlı veb-seminar keçiriləcək. 
Veb-seminarda  İslam dünyasının elmi və dini şəxsiyyətləri iştirak edəcək. 
Veb-seminarda Həzrət Peyğəmbərə (ə) qarşı hörmətsizlik və  Fransa preidentinin islamafob, irqçi və ifratçıları dəstəkləməsi haqqında müzakirələr aparılacaq. 
Veb-seminarda İraq, Livan, İran, Misir, Avstraliya, Suriya, Sudan və digər müsəlman ölkələrdən elmi və dini şəxsiyyətlər iştirak edəcək. 
Veb-seminar cümə axşamı  yerli vaxtla saat 19-da  Beyrutda təşkil olunacaq. 
Qeyd edək  ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i (29 oktyabr) , şiələr isə 17-i (3 noyabr) qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.  
/3931569
آماده// برگزاری وبینار بین‌المللی «حضرت محمد(ص) پیام آور انسانیت» به مناسبت هفته وحدت
captcha