IQNA

KəfərQasim cinayətindən 64 il keçdi

23:59 - October 30, 2020
Xəbər sayı: 3488501
1956-cı ilin Oktaybr ayının 29-da törədilən bu faciəli cinayətdə sionist yəhudilərin qurduqları İsrail rejiminin sərhəd qoşunları 51 fələstinlini, o cümlədən 6 qadın və 23 uşağı şəhid etmişdilər.

Tehran (IQNA)  - Fələstinin KəfərQasim qəsəbəsindəki günhasız insanları soyqırımı və qətliamının üzərindən 64 il keçdi.

1956-cı ilin Oktaybr ayının 29-da törədilən bu faciəli cinayətdə sionist yəhudilərin qurduqları İsrail rejiminin sərhəd qoşunları 51 fələstinlini, o cümlədən 6 qadın və 23 uşağı şəhid etmişdilər.

Həmin gün işğalçı və terrorist İsrail rejiminin əsgərləri Fələstinin Qalqilya şəhəri yaxınlığındakı KəfərQasim qəsəbəsinə hücum edərək işdən və əkin sahələrindən qürub çağı evlərinə gedən kişi və qadınlara güllələdilər.  

İsrail əsgərləri əkin sahələrindən evlərinə qayıdan fələstinliləri saxlayır və soruşdular ki, "KəfəQasim qəsəbəsindənsən?", əgər cavab müsbət olardısa, yerindəcə güllələyirdilər.

Cinayətkarların hədəfi insanları öldürərək onları kəndlərini qoyub qaçmağa vadar etmək və kəndi boşaltmaq idi.

Sionist İsrail rejimi bu cinayətdə əli olan zabit və əsgərləri formal olaraq qurulmuş bir məhkəmədə də mühakimə edərək hər birinə təkcə bir neçə il həbs cəzası vermişdi. Amma cinayətkarlar həmin həbs cəzasını da çəkmədən tez bir zamanda azad edilmişdilər.     /3932069

Teqlər: Kəfəqasim ، sionist ، Qalqilya
captcha