
İşğalçı iosnit rejim İsrailin məmurları Fələstinlilərdən zorla aldıqları və işğal etdikləri ərazilərdə, İordaniya çayının Qərb Sahillərinin şimalında yerləşən Tubas şəhərinə hücum edərək 11 fələstinlinin evini uçurublar.
Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilib.
Fələstin Rəsmi Statistikasına əsasən, işğalçı İsrail rejimi cari ildə fələstinlilərə məxsus 500 -dən çox evi və infrastrukturu dağıdıb.
BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur. /
3933101