IQNA

İndoneziya adalarının lacivərd qaşı – Tiban məscidi |Video |Foto

22:04 - November 11, 2020
Xəbər sayı: 3488599
Tehran (IQNA)  - İndoneziya adalarının, xüsusi ilə də Şərqi Cavə əyalətinin Malang şəhərinin mədəni, tarixi və coğrafi baxımdan turizm cazibələri çoxsaylı, heyrətəngiz və maraqlıdır.

İndoneziya adalarının, xüsusi ilə də Şərqi Cavə əyalətinin Malang şəhərinin mədəni, tarixi və coğrafi baxımdan turizm cazibələri çoxsaylı, heyrətəngiz və maraqlıdır.

Malang şəhərindəki lacivərd rəngli məscidi müsəlman və qeyri-müsəlman turistlərinin maraq və diqqət mərkəzindədir.

"Tiban" adlanan bu məscidin ətrafı turistlərlə dolub-daşan bir bazardır.

Məscid özü 6 hektarlıq bir ərazidə 10 mərtəbə üzərində inşa edilmişdir.

Divarları əsasən lacivərd rəngdə olan bu məscidin divarlarına hüsnxətt ilə xəttatlıq edilmiş və Quran ayələri yazılmışdır.

Tiban məscidinin tikintisi 1968-ci ildə başlamış və 10 il çəkən tikinti 1978-ci ildə başa çatmışdır.

Bu məscidi hər gün müxtəlif ölkələrdən, o cümlədən Malaziya, Burueni və digər qonşu ölkələrdən gələn minlərlə müsəlman və qeyri-müsəlman turist ziyarət edir.

Məscidin kitabxanası, namazxanası, karvansarası, aşpazxana və restoranı və akivariumu vardır.

Ətrafına kiçik minarələr düzülmüş bu məsicidin 170 otağı var.

Məscid qədim Ərəb ölkələrinin memarlıq metodu ilə Tayland və İndenoziya memarlıq metodunun tərkibi əsasında tikilmişdir.     /3934148

kod
 
captcha