IQNA

ABŞ Müsəlman Təşkilatları Şurası "Fransanı boykot et" çağırışı etdi

11:34 - November 15, 2020
Xəbər sayı: 3488628
ABŞ-dakı müsəlman təşkilatlarından biri olan ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) Fransada artan islamofobiyanı tənqid edən və boykota çağıran bir bəyanat yayımlayıb.  

ABŞ-dakı müsəlman təşkilatlarından biri olan ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) Fransada artan islamofobiyanı tənqid edən və boykota çağıran bir bəyanat yayımlayıb.  

Baş ofisi paytaxt Vaşinqtonda yerləşən USCMO-nun bəyanatında "Fransa hökuməti və prezident Emmanuel Makronun Fransa müsəlmanlarına və İslam dininə qarşı kütləvi ayrı-seçkilik və şovinist təzyiqləri və təkəbbürlü hücumları bizi dəhşətə gətirib", - ifadələrinə yer verilib.  

USCMO-nun bəyanatında Fransanın getdikcə həddindən artıq sekulyarizm tətbiqlərindən irəli gələn sosial böhranın araşdırıldığı, ölkədəki müsəlmanların digər dini qruplardan fərqləndirilərək, ayrı-seçkiliyə məruz qaldığı və bu vəziyyətin getdikcə daha təhlükəli bir hala çevrildiyi vurğulanıb. / eastnews

captcha