IQNA

Quranın ən uzun ayəsi Əbdülbasitin tilavəti ilə - Video

10:41 - November 16, 2020
Xəbər sayı: 3488633
Tehran (IQNA)  - Misrin dünyaş şöhrətli peşəkar Quran qarisi Şeyx Əbdülbasit Əbdüssəmədin Qurani-Kərimin ən uzun ayəsinin tilavəti sosial şəbəkələrdə paylaşılıb.

Misrin dünyaş şöhrətli peşəkar Quran qarisi Şeyx Əbdülbasit Əbdüssəmədin Qurani-Kərimin ən uzun ayəsinin tilavəti sosial şəbəkələrdə paylaşılıb.

Şeyx Əbdülbasit Əbdüssəməd Qurani-Kərimin "Tədayün" (dəyn, müdayinə və borc ayəsi də deyilir) adlanan ən uzun ayəsini (Bəqərə surəsi, 282-ci ayə) gözəl səslə qiraət edib.

Bu ayədə Qurani-Kərimin ən uzun ayəsidir. Müamilə zamanı sənəd yazılmasından danışır.

  

یَا أَیُّهَا الَّذِینَ ءَامَنُواْ إِذَا تَدَایَنتُم بِدَیْنٍ إِلیَ أَجَلٍ مُّسَمًی فَاکْتُبُوهُ وَ لْیَکْتُب بَّیْنَکُمْ کَاتِبُ بِالْعَدْلِ وَ لَا یَأْبَ کاَتِبٌ أَن یَکْتُبَ کَمَا عَلَّمَهُ اللَّهُ فَلْیَکْتُبْ وَ لْیُمْلِلِ الَّذِی عَلَیْهِ الْحَقُّ وَ لْیَتَّقِ اللَّهَ رَبَّهُ وَ لَا یَبْخَسْ مِنْهُ شَیْا فَإِن کاَنَ الَّذِی عَلَیْهِ الْحَقُّ سَفِیهًا أَوْ ضَعِیفًا أَوْ لَا یَسْتَطِیعُ أَن یُمِلَّ هُوَ فَلْیُمْلِلْ وَلِیُّهُ بِالْعَدْلِ وَ اسْتَشهْدُواْ شهِیدَیْنِ مِن رِّجَالِکُمْ فَإِن لَّمْ یَکُونَا رَجُلَینِ فَرَجُلٌ وَ امْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشهُّدَاءِ أَن تَضِلَّ إِحْدَئهُمَا فَتُذَکِّرَ إِحْدَئهُمَا الْأُخْرَی وَ لَا یَأْبَ الشهُّدَاءُ إِذَا مَا دُعُواْ وَ لَا تَسْمُواْ أَن تَکْتُبُوهُ صَغِیرًا أَوْ کَبِیرًا إِلیَ أَجَلِهِ ذَالِکُمْ أَقْسَطُ عِندَ اللَّهِ وَ أَقْوَمُ لِلشهَّادَةِ وَ أَدْنیَ أَلَّا تَرْتَابُواْ إِلَّا أَن تَکُونَ تِجَرَةً حَاضِرَةً تُدِیرُونَهَا بَیْنَکُمْ فَلَیْسَ عَلَیْکمْ جُنَاحٌ أَلَّا تَکْتُبُوهَا وَ أَشْهِدُواْ إِذَا تَبَایَعْتُمْ وَ لَا یُضَارَّ کاَتِبٌ وَ لَا شَهِیدٌ وَ إِن تَفْعَلُواْ فَإِنَّهُ فُسُوقُ بِکُمْ وَ اتَّقُواْ اللَّهَ وَ یُعَلِّمُکُمُ اللَّهُ وَ اللَّهُ بِکُلِّ شیْءٍ عَلِیمٌ.

 

"Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş baxımından) zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərinizdən (müsəlman kişilərdən) iki nəfəri şahid tutun. Əgər iki kişi olmasa, şahidlər içərisindən (dinlərindən) razı olduğunuz bir kişi və iki qadını şahid tutun ki, əgər o iki qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər (şahid durmaq və ya şəhadət vermək üçün) dəvət olunduqda, boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmayın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə (çəkişməyə düçar olmamağınıza) daha yaxındır. Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadır ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun (belə etsəniz daha yaxşı olar). Katib (yazan) və şahid (azaldıb-çoxaltmaqla haqq sahibinə) zərər vurmamalıdırlar və katibə və şahidə (haqlarını verməməklə) zərər dəyməməlidir. Əgər belə etsəniz (deyilənlərin əksini etsəniz və tərəflərdən hər hansı birinə ziyan dəysə), bu sizin üçün (Allaha qarşı) itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir." /3935484

kod

 

 

 

captcha