IQNA

Nigeriyada məscidə silahlı hücum edib namazqılanları öldürdülər

23:17 - November 22, 2020
Xəbər sayı: 3488684
Tehran (IQNA)  - Nigeriyanın Zamfara əyalətində məscidə hücum edən naməlum şəxslər namazqılanlardan beş nəfərini öldürüb, onlarla insanı yaralayıb və girov götürüblər.

Nigeriyanın Zamfara əyalətində məscidə hücum edən naməlum şəxslər namazqılanlardan beş nəfərini öldürüb, onlarla insanı yaralayıb və girov götürüblər.

Məscidə hücum edən anonim şəxslər məsciddə ibadət edən 40 nəfəri girov götürüblər.

Nigeriya təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib və araşdırmaya başlayıblar.

İndiyədək bu hücumun məsuliyyətini heç bir şəxs və ya terror qrupu öz üzərinə götürməyib.

Adətən bu kimi terror hadisələri Nigeriyada Buko-Haram təkfirçi terrorislər tərəfindən törədilir. /3936765

captcha