IQNA

BƏƏ 13 müsəlman ölkəsi üçün viza verilişini dayandırdı

21:41 - November 25, 2020
Xəbər sayı: 3488718
BƏƏ əhalisi müsəlman olan 13 ölkənin vətəndaşlarına viza verilişini dayandırıb. BƏƏ hökümətinə məxsus bir iqtisadi kompleksin bu ölkədə fəaliyyət göstərən şirkətlərə göndərdiyini sənədə əsaslanır.
Birləşmiş Ərəb Əmirlikləri əhalisi əsasən müsəlman olan 13 ölkənin vətəndaşlarına viza verilişini dayandırıb. 
Maide.Az “Reuters”a istinadla  xəbər verir ki, BƏƏ hökümətinə məxsus bir iqtisadi kompleksin bu ölkədə fəaliyyət göstərən şirkətlərə göndərdiyini sənədə əsaslanır.
İranla yanaşı, Yaxın Şərqdə Suriya, Yəmən, Livan, İraq, Əfqanıstan, Pakistan və Türkiyə kimi ölkələr viza qadağası ilə qarşılaşıblar.
Afrikada qitəsində isə Liviya, Əlcəzair, Tunis, Somali və Keniya BƏƏ-nin yeni qərarına şamil ediliblər.
“Reuters” yazır ki, BƏƏ rəsmiləri hələlik məsələyə açıq şəkildə münasibət bildirməyiblər və qərarın səbəbləri və aspektləri hələ aydın deyil.
Qeyd olunur ki, BƏƏ İsrail rejimi ilə münasibətləri yaxşılaşdırmasından narahatlıq keçirdiyi üçün belə bir addım atıdığını bildirir. /3937389
Teqlər: bƏƏ ، viza
captcha