IQNA

Əqsa məscidində İmam Xameneinin rəhbərliyi ilə namaz qılacayıq

7:48 - December 01, 2020
Xəbər sayı: 3488755
Tehran (IQNA) - Livanın "əl-Əməlul-İslami" Əhli-Sünnə İslami Müqavimət Hərəkatının baş katibi İranın nüvə fizikası aliminin terror edilməsini məhkum edib.

Şəhid Fəxrizadənin şəhadəti münasibəti ilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri, Ümumdünya Əhlul-Beyt Cəmiyyətinin baş katibi və həmçinin Ali Şurasının rəisi,  Məzhəblərarası Təqrib Təşkilatının baş katibi və İran İslam Respublikasının dövlət rəsmilərinə başsağlığı ismarıcı göndərən baş katib deyib:

Düşmənlərin terror və sanksiya siyasətləri İranın inkişafının qarşısını ala bilməyəcək. İslam Ümməti Həzrət İmam Xameneinin rəhbərliyi ilə Qüdsü azad edəcək və əl-Əqsa məscidində namaz qılacaq.

İsmarıcda deyilir:

"Livanın "əl-Əməlul-İslami" Əhli-Sünnə İslami Müqavimət Hərəkatı qardaşımız Dr. Möhsün Fəxrizadənin sionist və amerikalı cinayətkarlar tərəfindən terrorla şəhid edilməsini məhkum edir. Və inanır ki, İran İslam Respublikası sionist rejimi və Amerikanın sanksiya, iqtisadi mühasirə, aclıq, qətliam və terror siyasətlərinin təsiri altına düşməyəcək və elmi və mədəni inkişafına davam edəcəkdir.

Livanın "əl-Əməlul-İslami" cəbhəsi bu faciəli cinayətin amerikalı və sionist namərd və qorxaqların iş üslubu hesab edir. Hansı ki onlar mərdlərin döyüş meydanında İrana məğlub olublar. Yəqinimiz var ki, İranın intiqamı ildırım kimi gələcək və bu şəhidin qanı hədər getməyəcək."

Livanın "əl-Əməlul-İslami" Əhli-Sünnə İslami Müqavimət Hərəkatı ismarıcın davamında İranın təhlükəsizliyinin qorunması, İslami millətlərin qüdrətlənməsi və İran millətinin möhkəm iradə ilə yolunda davam etməsi üçün Allaha dua edib, İslam Ümmətinin mənəvi rəhbəri Həzrət Ayətullah Üzma Xamenei cənabları üçün Allahdan bərəkətli ömür diləyərək deyib: İmam Xamenei Həzrət Məhəmmədin (s) İslamına bağlılığı ilə İslam ümmətinin qələbəsini düşmənlər üzərində gerçəkləşdiricək. Bunun başlanğıcı isə Qüdsün azadlığı və Əqsa məscidində Ayətullah Xameneinin imaməti ilə namaz qılmaq olacaq". /3938425

captcha