IQNA

İordaniyada "Qurani-Kərim və Ərəb dili" konfransı keçirildi

9:00 - December 01, 2020
Xəbər sayı: 3488756
Tehran (IQNA) - Dünya Ərəb Dili Günü münasibəti ilə İordaniyanın Cereş əyalətinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Qurani-Kərim və Ərəb dili" konfransı keçirilib.

Dünya Ərəb Dili Günü münasibəti ilə İordaniyanın Cereş əyalətinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Qurani-Kərim və Ərəb dili" konfransı keçirilib.

İordaniyanın Cereş əyalətinin Mədəniyyət Mərkəzinin rəisi Aqlə əl-Qadiri deyib: Bu Mədəniyyət İdarəsi artıq 4 ildir ki, Dünya Ərəb Dili Gününü qeyd edir. Çünki Ərəb dili bu ölkənin mədəniyyət və sivilizasiyasının əsasını təşkil edir. İordaniya Mədəniyyət Nazirliyinin həmkarlığı ilə hər il keçirilən bu mərasimdə bu il Qurani-Kərimi xüsusi diqqət ayırılmışdır.

Qurani-Kərim və Ərəb dili konfransı "Quran rəsmül-xəttinin həriflərin tələffüzü ilə rabitəsi", "Qurani-Kərimdə zaman və məkan zərfi sözləri" və "Qurani-Kərimin musiqi və melodiya ecazkarlığı" adlı üç elmi paltformada keçirilib.

Konfras çərçivəsində İslam və Ərəb dünyasının incəsənət əsərləri və hüsnxətt nümunələri sərgisi də təşkil edilib.

Qeyd edək ki, BMT-nin ümumi assambeliyasının qətnaməsinə əsasən 1973-cü ilin Dekabr ayının 18-də Ərəb dili BMT-nin rəsmi dilləri sırasına əlavə edilib. Buna görə də hər il Dekabr ayının 18-də "Dünya Ərəb Dili Günü" keçirilir.  /3938385

captcha