IQNA

Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub

10:30 - December 09, 2020
Xəbər sayı: 3488813
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub. Bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Türkiyənin Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib.

A. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.

Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.

captcha