Tehran (IQNA) - İran İslam Respublikasının İslami Fondlar və Xeyriyyə İşləri tərəfindən keçirilən 43. Qurani-Kərim yarışları başa çatıb.
Bu Quran yarışları Qurani-Kərimin kamil hifzi, 20 cüz hifzi, tərtil, qiraət, Azan, Dua, tək və qrup halında təvaşih (dini nəğmə) üzrə kişilər və qadınların iştirakı ilə keçirilib.
Bir həftə davam edən yarışların hər iki kateqoriyada bütün ixtisaslar üzrə qalibləri elan edilib.
Bu yarışların qalibləri İran İslam Respublikasının gələn ilki milli Quran yarışlarında iştirak edəcəklər.
Ötən ilin 42. milli Qurani-Kərim yarışlarının qalibləri isə 2021-ci ilin Mart ayında İranda keçiriləcək 37. beynəlxalq Quran yarışlarında İranı təmsil edəcəklər. /3940385