IQNA

Quran baxımından dialoq mədəniyyəti vebinarı keçirildi - Foto

8:31 - December 15, 2020
Xəbər sayı: 3488854
Tehran (IQNA) -  Həzrət İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran İdarəsi beynəlxalq elmi və mədəni fəaliyyətləri fonunda "Quran baxımından dialoq mədəniyyəti" adlı vebinar təşkil edib.

Həzrət İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran İdarəsi beynəlxalq elmi və mədəni fəaliyyətləri fonunda "Quran baxımından dialoq mədəniyyəti" adlı vebinar təşkil edib.

Vebinar "Varisul-Ənbiya" universiteti və Cakarta Dövlət Universitetinin həmkarlığı ilə İndoneziyada keçirilib.

Həzrət İmam Hüseyn (ə) ziyarətgahının Darul-Quran İdarəsinin Quran Təbliğatı Mərkəzinin məsulu Müntəzir əl-Mənrusi bu vebinar barədə deyib: Darul-Quran İdarəsinin beynəlxalq elmi və mədəni fəaliyyətləri fonunda keçirilən "Quran baxımından dialoq mədəniyyəti" vebinarı Qurani-Kəriminin ehtiva etdiyi müxtəlif məsələlərin elmi aspektini açıqlamaq hədəfi ilə təşkil edilmişdir.

Vebinarda uyğun mövzuda müxtəlif ölkələrdən araşdırmaçı alimlər, o cümlədən Tunisdən Dr. Mazin Şərif, İraqdan Dr. Təlal əl-Kəmali, Cakartadan Dr. Əndi Hadiyantu və Şeyx Həkim İlahi çıxış ediblər.

Vebinarda Qurani-Kərim və İslam maarifi açısında dialoq mədəniyyəti və sülhamiz yaşamaq (tolerantizm) mövzusunda müzakirə aparılıb.

Vebinar digər dinlərin və məzhəblərin sözlərini dinləmək, dini əqidələrinə hörmətlə yanaşmaq və dinlərarası dialoq mədəniyyətini dərinləşdirmək və gücləndirmək hədəfi ilə keçirilib. /3940993

 

 

captcha