IQNA

Hicablı xanımlar ən ən çox Avropada diksriminasiya edilir

23:35 - December 22, 2020
Xəbər sayı: 3488902
Avropa qitəsinin 20 ölkəsində (ümumilikdə 44%), müsəlman qadınlar hicab geydiyinnə görə, ayrı-seçkilik, fiziki zorakılıq və digər istismar növləri ilə qarşılaşıb.

“Pew Research Center” araşdırma mərkəzinin keçirdiyi tədqiqata əsasən, dünyanın 198 ölkəsinin 56-da qadınlar geyimlərinə görə fərdlər və ya qruplar tərəfindən təzyiqlərə məruz qalıb. 2018-ci ildə 21 Avropa ölkəsi olmaqla 61 ölkədə dini geyimlərə məhdudiyyətlər tətbiq edilib.

“Pew” araşdırma mərkəzi 2016-2018-ci illər arası hicab geyindiklərinə görə qadınların dini görünüşləri ilə əlaqədar şifahi təhqirə, fiziki təcavüzə məruz qalma, və hətta həyata qəsd etmə kimi hadisələri təhlil edib.

Oxşar hadisələr 42 ölkədə qeydə alınıb və Avropanın sosial düşmənçilikdə liderlik etdiyi bildirilir. Qitənin 20 ölkəsində (ümumilikdə 44%), müsəlman qadınlar hicab geydiyinnə görə, ayrı-seçkilik, fiziki zorakılıq və digər istismar növləri ilə qarşılaşıb. / Deyerler

captcha