Kərbəlada Həzrət Rəsuləllahın (s) ciyərparəsi Xanım Fatimeyi Zəhranın (s.ə.) müsibətli şəhadətinin ildönümü münasibətilə matəm yürüşləri davam edir.
On yaşından kiçik uşaq qrupu analarının müşayiəti ilə Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəmindən əzadarlığa başlayıb, Beynul Hərəmeyn meydanından keçdikdən sonra İmam Hüseynin (ə) müqəddəs ziyarətgahına daxil olublar.
Ağ paltar geyən və əllərində şamla müqəddəs ziyarətgaha daxil olan uşaqlar və valideynlər müsibətli matəm günü münasibətilə başsağlığı veriblər. / Alkafeel