
Bu gün (2 Yanvar 2021) səhər saatlarında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei mərhum Ayətullah Misbah Yəzdinin cənazə namazını qılıb.
Ali Rəhbər Ayətullah Misbah Yəzdinin cənazə namazını qılıb ruhuna fatihə oxuyaraq, mücahid həkim və qədim qardaşı ilə vidalaşıb.
Qeyd edək ki, inqilabçı fəqih, mücahid filosof Ayətullah Əllamə Məhəmməd Təqi Misbah Yəzdi ötən gün 86 yaşında vəfat edib.
Mərhumla bu gün Tehranda Şah Əbdüləzim Həsəninin hərəmində vida mərasimi keçirilib. Daha sonra mərhum Ayətullah Misbah Yəzdinin cənazəsi Həzrət Məsumənin (s.ə) hərəmində dəfn olunmaq üçün Qum şəhərinə aparılıb. /
3945131/