IQNA

BMT-nin Baş katibi:

“ABŞ-ın siyasi liderləri insanları qanunun aliliyinə hörmət etməyə çağırmalıdır”

9:57 - January 07, 2021
Xəbər sayı: 3488999
BMT Baş Katibi Antoni Quterriş Vaşinqtonda Tramp tərəfdarları ilə polis arasında baş verən qarşıdurmadan təəssüfləndiyini bildirib.

İQNA, APA-ya istinadən xəbər verir ki, BMT Baş Katibi Antoni Quterriş Vaşinqtonda Tramp tərəfdarları ilə polis arasında baş verən qarşıdurmadan təəssüfləndiyini bildirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik jurnalistlərə açıqlamasında bildirib. 

O, Baş katibə istinadla qeyd edib ki, ABŞ-ın siyasi liderləri öz tərəfdarlarını zorakılıqdan çəkinməyə, demokratik proseslərə və qanunun aliliyinə hörmət olunmasına çağırış etmələri vacibdir.

Teqlər: bmt ، trump ، abş ، amerika
captcha