IQNA

ABŞ küçələrində hicabı tanıdan lövhələr quraşdırılıb

14:46 - January 07, 2021
Xəbər sayı: 3489001
ABŞ-ın Dallas şəhərindəki İslam cəmiyyəti, hicabın fəlsəfəsini anlatmaq və bu barədə yanlış düşüncələri aradan qaldırmaq üçün şəhərin ən işlək yollarından birində nəhəng plakat yerləşdiriblər.

Dialoqun qarşılıqlı anlaşmanın açarı olduğuna inanan ABŞ-ın Dallas şəhərindəki İslam cəmiyyəti, hicabın fəlsəfəsini anlatmaq və bu barədə yanlış düşüncələri aradan qaldırmaq üçün şəhərin ən işlək yollarından birində nəhəng plakat (bilbord) yerləşdiriblər.

Dallas şəhərindəki Şimali Amerika İslam Mərkəzinin və təşəbbüsü başlatan GainPeace təşkilatının nümayəndəsi Ruman Sadiq, bunları söyləyib: “İnsanları niyə hicab geyinirik və bunun həqiqi mənasını öyrətmək üçün daha yaxşı bir yol var? Bu lövhədə insanların hicabla bağlı suallarını cavablandırmaq üçün bir nömrə yerləşdirilib. Bundan əlavə, insanları İslam hicabı ilə tanış etmək üçün altı həftəlik təbliğat kampaniyasına başlamışıq”.

Bu lövhənin quraşdırılması müsəlman cəmiyyətinin yeganə təşəbbüsü deyil. İslam və müsəlmanlar haqqında sualları cavablandırmaq üçün şəhərin müxtəlif yerlərində köşklər də qurublar.

Ruman Sadiq təşəbbüslə bağlı bunları deyib: “Maraqlananlar bir gün hicab geyinməyi cəhd edə bilərlər. Bəziləri bu geyimi niyə geyindiyimizi və müsəlman qadınların hansı hüquqlara sahib olduqlarını soruşdular. Nə qədər müsbət rəy aldıq və nə qədər az adamın dinimiz haqqında məlumatı var idi.

Bu lövhənin quraşdırılması ilə bu mərkəzlə bir çox əlaqə quruldu və zəng edənlər İslam haqqında məlumatlar almaq istədilər və hicabla bağlı bir çox sual verdilər. Bunun müqabilində bəziləri zəng edərək qəzəblərini müsəlmanlara tökmək üçün istifadə etdi. Bununla birlikdə, bu mərkəzin üzvləri bir-birlərini başa düşməyin ən yaxşı yolunun dialoq olduğuna inanırlar”. /3945856

kod
captcha