IQNA

"Quran Ensiklopediyası" IQNA-da tənqid və müzakirə ediləcək

23:27 - January 11, 2021
Xəbər sayı: 3489026
Tehran (IQNA) -  "Quran Ensiklopediyası"nın arıxıncı cildinin çap və nəşr edilməsi münasibəti ilə bu kitabın müzakirə və elmi tənqidi üçün Beynəlxalq Quran Xəbər Agentliyində seminar keçiriləcək.

Tehran (IQNA) -  "Quran Ensiklopediyası"nın arıxıncı cildinin (5-ci cild) çap və nəşr edilməsi münasibəti ilə bu kitabın müzakirə və elmi tənqid edilməsi üçün IQNA-da (Beynəlxalq Quran Xəbər Agentliyi) seminar keçiriləcək.

Sabah, 12 Yanvar 2021-ci il, "Dairətul-Məarife Quran" kitabı mövzusunda keçiriləcək tənqidi seminarda Quran və Hədis Elmləri Araşdırmaçısı və Tehran universitetinin elmi heyətinin üzvü Məcid Maarif, Tehranın Tərbiyəte Müdərris universitetinin elmi heyətinin üzvü Nüsrət Nilsaz, İslami Dairətul-Məarif Fondunun elmi heyətinin üzvü Hüseyn Xəndəqabadi və Qum universitetinin elmi heyətinin üzvü Əbdülhüseyn Taleyi iştirak edəcəklər.

Bu iclas Tehran vaxtı ilə saat 14:00-da başlayacaq və IQNA-nın instagram səhifəsindən (@iqnanews)canlı yayımlanacaqdır. /3947107

captcha