Repressiyaların qurbanı olan azərbaycanlı alim Ələsgər Ələkbərov Azərbaycanda yaşayan xalqların tarixi, arxeologiya və etnoqrafiyası, həmçinin mədəniyyəti, elmi və dini haqqında dəyərli materiallar toplayıb.
O, ötən əsrin 20-30-cu illərində bütün Azərbaycanı gəzərək, bir çox abidələr haqqında məlumatları qeydə alıb. Həmin abidələrin xeyli hissəsi artıq mövcud deyil.
1924-cü ildə keçirilmiş I Azərbaycan Regionşünaslıq Qurultayı araşdırmalar, ekskursiyalar və bölgələrdən regioşünaslıq üzrə materialların toplanılması zamanı fotolardan maksimum geniş istifadə olunması haqqında qərar qəbul edib. Məhz bundan sonra Ə.Ələkbərov öz fotoaparatından, demək olar ki, ayrılmayıb.
Alimin Qarabağ, xüsusən də Şuşa və Xocalıya, eləcə də Ağdama etdiyi çoxsaylı elmi səfərləri zamanı çəkdiyi fotolar həmin dövrdə bölgənin etnik tərkibini, adət-ənənələrini, milli geyimini və abidələrini ətraflı şəkildə əks etdirir.
Xocalı. Azərbaycan qadınları. 1927
Xocalı. Mavzoley. Qapının tərtibatı. 1926
Xocalı. Müqəddəs ağac (pir). 1926
Şuşa. Çuxur məhəllə. 1928
Ağdam rayonu. Azərbaycanlılar. 1927
Ağdam məscidi
Ağdam rayonu. Xocalı. Yeraltı ev. 1926
D.Qarabağ. Xocalı. Qazılıb aşkar çıxarılmış daş kurqanın dibi
D.Qarabağ. Xocalı. Kurqanda tapılan küp №5. 1926-ci il. Arxeoloqlar U.Meşaninov və İ.Cəfərzadə
D.Qarabağ. Xocalı. “Daş yeşik” tipli qəbirin qazıntıları. 1926
Xocalıda qazıtılar zamanı. 1926
Dağlıq Qarabağ. Xocalı. Qazıntılardan əvvəl daş kurqan. 1926
Dağlıq Qarabağ. Xocalı. Kurqan №5 qazıntılardan əvvəl. 1926
Dağlıq Qarabağ. Xocalı. Qazılıb aşkar çıxarılmış daş kurqan №1. 1926
Ə.Ələkbərovun rəhbərliyi ilə Qarabağda qazıntılar. 1925-1926-cı illlər
Xocalı kəndi. Azərbaycan qadınları. 1926
Xocalı kəndi. Yeraltı evin görünüşü. 1926
Xocalı kəndi. 120 yaşlı qoca. 1926
Köhnə qəbristanlıq. 1928