IQNA

Monteneqroda müsəlmanlar partiyası yaradılacaq

11:55 - January 23, 2021
Xəbər sayı: 3489118
“Monteneqroda yaşayan 45 min müsəlman müvafiq siyasi təmsilçiliyə malik deyillər. Bu səbəbdən də İslam ardıclıları müsəlmanların maraqlarını təmsil edəcək siyasi partiya formalaşdırmaq qərarına gəliblər”.

Belə bir bəyanatla Monteneqronun müsəlmanlar partiyasının yaradılması komitəsinin sədri Hazbi Skenderoviç çıxış edib.

Onun sözlərinə görə, indiyə qədər ölkə müsəlmanları fəallıqlarını əsasən vətəndaş partiyalarında nümayiş etdiriblər və öz haqlarını onların yardımı ilə reallaşdırmağa çalışıblar.

“Lakin son illər göstərir ki, biz tədricən ikinci dərəcəli vətəndaşlara çevrilirik. Tez-tez diskriminasiyaya məruz qalırıq. Deputatlar milli azlıqları sadalayarkən çox zaman Monteneqro müsəlmanlarının adını belə çəkmirlər”, – Skenderoviç deyib. /Şəfəqna

captcha