Tehran (IQNA) - Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün, yəni "məbəs" bayramı və "besət" günü (27 Rəcəb) "Dünya Quran Günü" kampaniyası başladılacaq.
Bu barədə Kərbəlada İmam Hüseyn (ə) hərəminin Darul-Quranil-Kərim İdarəsi məlumat verib.
İmam Hüseyn (ə) hərəminin Darul-Quranil-Kərim İdarəsinin verdiyi məlumata görə, 1442-ci hicri-qəməri ilinin Rəcəb ayının 27-də keçiriləcək "Dünya Quran Günü" kampaniyası üçün xüsusi komitələr yaradılmışdır.
Darul-Quranil-Kərim İdarəsinin rəisi Şeyx Həsən əl-Mənsuri deyib: Bu kampaniya elə bir vaxtda keçirilir ki, müsəlman millətləri çox çətin bir böhranla üz-üzədirlər və buna görə də Quranla daha sıx əlaqədə olmalarına ehtiyac var.
O əlavə edib: "Dünya Quran Günü" kampaniyasının keçirilməsi üçün İraqın daxilində və xaricdə olan Quran müəssisələri və müqəddəs dini məkanların idarə heyətləri ilə lazım olan danışıqlar aparılıb. /3954000